AZ

"Onların yiyəsi yoxdur, sırtıqlaşıblar” -

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, bir çox izləyicinin tənqidinə tuş gəldi.

Metbuat.az xəbər verir ki, buna səbəb aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsi olub. 45-48 dəqiqəlik serialda tez-tez vulqar ifadələrin, jarqonların istifadəsi bir çox izləyici tərəfindən sərt şəkildə qınandı.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur serialda bu cür ifadələrin işlənməsinin qəti əleyhinə olduğunu bildirərək ekran işini sərt şəkildə tənqid edib:

“Bu cür “rejissorcığazlar” layihələrində tərbiyəsizliyi nümayiş etdirirlər. Onlar mənəviyyatdan, Azərbaycan tarixindən, millətin qələbəsindən, gələcəyindən xəbərsiz olan zümrədir. Bu kimi şəxslər bir virusdur ki, Azərbaycan televiziyasının canına düşüblər. Bu cür seriallar çəkmək ayıbdır, onların abrı, həyası yoxdur! Televiziya kanallarının rəhbəri gərək buna nəzarət etsin və belə layihələrin efirdə, milyonların qarşısında yayımlanmasına icazə verməsin. Belələrini ekrana buraxmaq olmaz”.

Teatr aktyoru hər kəsin serial çəkməyinin gərəksiz olduğunu bildirib:

“Hər yoldan ötən, koldan keçən başlayır serial çəkməyə. Belələri elə özləri kimi yoldan ötənləri yığıb aparır və film, serial çəkir. Belə olmaz! Bütün bunlara nəzarət olunmalıdır. Aidiyyəti qurumlar belə məsələlərə diqqət etməlidir. Hər şeyi başlı-başına buraxıblar, kim nə istəyir edir. Bu, rəsmən həyasızlıqdır, fahişəliyin təbliğidir! Ekranda, səhnədə söyüş söymək olar?! Səhnə müqəddəs yerdir, aktyorlar dahi dramaturqların yaradıcılığı sayəsində insanlara yol göstərir, tərbiyə, əxlaq verirlər. Bu cür tribunada söyüş ola bilərmi? Mən bu cür seriallara ümumiyyətlə baxmıram, hərdən vaxtım olanda tarixi, maarifləndirici türk seriallarına baxıram.

Bu cür gənclər isə başı əzilməli adamlardır. Onları tədbirlərdə görəndə ağzıma gələni demişəm, hətta gördükləri işi təhqir də etmişəm, lakin xeyri yoxdur. Onlar sırtıqlaşıblar, bilmirlər necə şöhrət qazansınlar, hər cür ucuz, ləyaqətsiz, tərbiyəsiz yollara əl atırlar. Belə seriallarla şöhrət qazanmaq istəyirlər, amma olmaz! Bunun səbəbi nəzarətin olmamasıdır. Ekran işləri üçün professional rejissorlar lazımdır. Sovet dövründə rejissorlar elə filmlər çəkirdilər ki, baxdıqca doymaq olmurdu. O filmlərdə əxlaqsız sözlər işlədilmirdi. Bir də indi çəkilənlərə baxın... Biabırçılıqdır”.

Sənətçi gənclərin bu cür danışığa “təbiilik” adı altında bəraət qazandırması ilə razılaşmayıb:

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır.

Buna sənətdə vulqarizm deyirlər və eybəcərlik sayılır. Bunların yiyəsi yoxdurmu? Azərbaycan mədəniyyətinə ciddi nəzarət lazımdır, 3-5 nəfərin tənqidi ilə belə şeylərin öhdəsindən gəlmək çətindir. Gərək kütləvi surətdə onları əzəsən, tribunalardan çıxarasan. Bu gün televiziyalara alimləri, savadlı sənət adamlarını çağırmırlar, onlara danışmağa imkan vermirlər. Nəticəsi də bax bu cür olur”.

Qeyd edək ki, İTV-də yayımlanan “Alatava” serialında Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır.

Seçilən
38
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
290
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
250
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
223
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
215
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
212
Azərbaycanda bu məhsul bahalaşdı
204
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
203
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
178
Helikopter qəzası ilə bağlı yeni xəbər
164
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
157
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
157
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
151
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
147
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
145
Həlak olan şəxslər sabah dəfn olunacaq
144
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
143
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
116
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
115
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
114
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
110