AZ

Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”

İctimai TV-nin efirində yayımlanan “Alatava” serialı marağa səbəb olsa da, bir çox izləyicinin tənqidinə tuş gəldi.

Buna səbəb aktyor və ssenarist Əlixan Rəcəbovun layihəsində qeyri-etik ifadələrin açıq və hətta xüsusi vurğu ilə işlənməsi olub. 45-48 dəqiqəlik serialda tez-tez vulqar ifadələrin, jarqonların istifadəsi bir çox izləyici tərəfindən sərt şəkildə qınandı. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Əli Nur serialda bu cür ifadələrin işlənməsinin qəti əleyhinə olduğunu bildirərək ekran işini sərt şəkildə tənqid edib:

“Bu cür “rejissorcığazlar” layihələrində tərbiyəsizliyi nümayiş etdirirlər. Onlar mənəviyyatdan, Azərbaycan tarixindən, millətin qələbəsindən, gələcəyindən xəbərsiz olan zümrədir. Bu kimi şəxslər bir virusdur ki, Azərbaycan televiziyasının canına düşüblər. Bu cür seriallar çəkmək ayıbdır, onların abrı, həyasız yoxdur! 

Televiziya kanallarının rəhbəri gərək buna nəzarət etsin və belə layihələrin efirdə, milyonların qarşısında yayımlanmasına icazə verməsin. Belələrini ekrana buraxmaq olmaz”.

Teatr aktyoru hər kəsin serial çəkməyinin gərəksiz olduğunu bildirib:

“Hər yoldan ötən, koldan keçən başlayır serial çəkməyə. Belələri elə özləri kimi yoldan ötənləri yığıb aparır və film, serial çəkir. Belə olmaz! Bütün bunlara nəzarət olunmalıdır. Aidiyyəti qurumlar belə məsələlərə diqqət etməlidir. Hər şeyi başlı-başına buraxıblar, kim nə istəyir edir. Bu, rəsmən həyasızlıqdır, fahişəliyin təbliğidir! Ekranda, səhnədə söyüş söymək olar?! Səhnə müqəddəs yerdir, aktyorlar dahi dramaturqların yaradıcılığı sayəsində insanlara yol göstərir, tərbiyə, əxlaq verirlər. Bu cür tribunada söyüş ola bilərmi? Mən bu cür seriallara ümumiyyətlə baxmıram, hərdən vaxtım olanda tarixi, maarifləndirici türk seriallarına baxıram. 

Bu cür gənclər isə başı əzilməli adamlardır. Onları tədbirlərdə görəndə ağzıma gələni demişəm, hətta gördükləri işi təhqir də etmişəm, lakin xeyri yoxdur. Onlar sırtıqlaşıblar, bilmirlər necə şöhrət qazansınlar, hər cür ucuz, ləyaqətsiz, tərbiyəsiz yollara əl atırlar. Belə seriallarla şöhrət qazanmaq istəyirlər, amma olmaz! Bunun səbəbi nəzarətin olmamasıdır. Ekran işləri üçün professional rejissorlar lazımdır. Sovet dövründə rejissorlar elə filmlər çəkirdilər ki, baxdıqca doymaq olmurdu. O filmlərdə əxlaqsız sözlər işlədilmirdi.  Bir də indi çəkilənlərə baxın... Biabırçılıqdır”. 

Sənətçi gənclərin bu cür danışığa “təbiilik” adı altında bəraət qazandırması ilə razılaşmayıb: 

“Təbiilik belə olmur, bu, tərbiyəsizlikdir. Bu hərəkətin başqa adı yoxdur. Onda naturalizm adı altında gərək insanlar lüt gəzsinlər? Bu nə arqumentdir? Söyüşsüz də təbiilik olur, bu isə həyasızlıqdır. 

Buna sənətdə vulqarizm deyirlər və eybəcərlik sayılır. Bunların yiyəsi yoxdurmu? Azərbaycan mədəniyyətinə ciddi nəzarət lazımdır, 3-5 nəfərin tənqidi ilə belə şeylərin öhdəsindən gəlmək çətindir. Gərək kütləvi surətdə onları əzəsən, tribunalardan çıxarasan. Bu gün televiziyalara alimləri, savadlı sənət adamlarını çağırmırlar, onlara danışmağa imkan vermirlər. Nəticəsi də bax bu cür olur”. 

Qeyd edək ki, İTV-də yayımlanan “Alatava” serialında Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə yer alır. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23661
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13174
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10379
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5684
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5519
Helikopter qəzası ilə bağlı yeni xəbər
5473
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4316
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3912
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3769
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3672
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3461
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3445
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3054
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2759
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2756
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2527