AZ

Prius-larda ŞOK UCUZLAŞMA – QRAFİK

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bir çox sahibkar və şirkət avtomobil parkını yeniləməyə başlayıb. Yenilənən avtomobillər arasında “Toyota Prius” markalı maşınlar üstünük təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, yeni qaydalar iyulun 1-dən tətbiq olunmağa başlayacaq.

Bu o deməkdir ki, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Hazırda avtomobilinin yaşı 15-dən yuxarı olan şəxslər taksi kimi fəaliyyət göstərsə də 3 aydan sonra bu mümkün olmayacaq. Elə buna görə, avtomobili taksi kimi fəaliyyət göstərən və modeli “Toyota Prius” olan şəxslər bu maşınları satmağa üstünlük verirlər.

Mart ayında məlum qərarın qəbulundan sonra “Prius”ların qiyməti birdən-birə xeyli ucuzlaşmışdı. Sahibkarların taksi xidmətində günlük icarəyə verdiyi bu maşınların kütləvi satılması qeydə alındı. Əsasən “TikTok” platformasında bu maşınların 6-8 min manat arası satılması barədə videolar yayılmağa başladı. Lakin bu videoları araşdırarkən bəzilərin feyk, bəzilərinin isə bilərəkdən hazırlanan videolar olduğu üzə çıxdı.

Bununla belə mart ayında apardığımız araşdırmalar göstərdi ki, “Toroya Prius” markalı avtomobillərin qiyməti ili və vəziyyətinə görə dəyişir. 2007-2012-ci illərin istehsalı olan “Prius”lar 13 min – 22 min manat arasında satılır.

Maraqlıdır ki, taksilərlə bağlı qərarın tətbiqinə 3 ay müddət qalsa da “Prius”ların qiymətində hər ay dəyişiklik müşahidə olunur. Belə ki, müddət azaldıqca bu avtomobillərin daha ucuz qiymətə satılması baş verir.

Aprel ayında 2007-2012-ci illərin istehsalı olan “Toyota Prius” markalı avtomobillərin satış qiyməti isə belədir: 9 500 – 21 800 AZN. “Prius”ların qiymətinin iyulun 1-i yaxınlaşanadək getdikcə daha da ucuzlaşacağı gözlənilir.

Seçilən
50
11
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1334
Azərbaycanda bu məhsul bahalaşdı
1238
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1154
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1012
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1000
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
973
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
969
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
968
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
914
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
786
Helikopter qəzası ilə bağlı yeni xəbər
767
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
732
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
706
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661