AZ

“Prius”larda ŞOK UCUZLAŞMA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycanda taksi xidməti ilə bağlı yeni qəbul olunan qərardan sonra bir çox sahibkar və şirkət avtomobil parkını yeniləməyə başlayıb. Yenilənən avtomobillər arasında "Toyota Prius" markalı maşınlar üstünük təşkil edir.

Publika.az xəbər verir ki, yeni qaydalar iyulun 1-dən tətbiq olunmağa başlayacaq.

Bu o deməkdir ki, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Hazırda avtomobilinin yaşı 15-dən yuxarı olan şəxslər taksi kimi fəaliyyət göstərsə də 3 aydan sonra bu mümkün olmayacaq. Elə buna görə, avtomobili taksi kimi fəaliyyət göstərən və modeli "Toyota Prius" olan şəxslər bu maşınları satmağa üstünlük verirlər.

Mart ayında məlum qərarın qəbulundan sonra "Prius"ların qiyməti birdən-birə xeyli ucuzlaşmışdı. Sahibkarların taksi xidmətində günlük icarəyə verdiyi bu maşınların kütləvi satılması qeydə alındı. Əsasən "TikTok" platformasında bu maşınların 6-8 min manat arası satılması barədə videolar yayılmağa başladı. Lakin bu videoları araşdırarkən bəzilərin feyk, bəzilərinin isə bilərəkdən hazırlanan videolar olduğu üzə çıxdı.

Bununla belə mart ayında apardığımız araşdırmalar göstərdi ki, "Toroya Prius" markalı avtomobillərin qiyməti ili və vəziyyətinə görə dəyişir. 2007-2012-ci illərin istehsalı olan "Prius"lar 13 min - 22 min manat arasında satılır.

Seçilən
74
11
Mənbələr
Şərh ()
Bağla