AZ

“BU, XALQ-LİDER-DÖVLƏT BİRLİYİNİN NƏTİCƏSİDİR” – Türk general sülhməramlıların gedişini şərh etdi

“Üçtərəfli sazişin imzalanmasında məqsəd bölgədəki qarşıdurmaların önünü almaq, həmçinin regionda normallaşma prosesini sürətləndirmək idi. Eyni zamanda, rus sülhməramlıları Qarabağda yaşayan ermənilərlərlə Azərbaycan arasında ələqlələndirici rol oynayacaqdı. Lakin başda Fransa olmaqla, Qərb tərəfindən qızışdırılan ermənilər Azərbaycanın xoşniyyətli təkliflərinə baxmayaraq, Qarabağı tərk etdilər. Ona görə də, bölgədə sülhməramlıların heç bir funksiyası qalmadı”.Bunu ehtiyatda olan türkiyəli general, hərbi ekspert Yücel Karauz Rusiya sülhməramlı qoşunlarının Qarabağdan vaxtından əvvəl çıxarılmasını “AzPolitika”-ya şərh edərkən deyib.Y. Karauzun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya birlikdə hərəkət edir:“Azərbaycan və Rusiya liderləri qarşılıqlı şəkildə razılığa gəliblər. Türkiyə də bu məsələni kordinasiya edən tərəf olub. Beləcə qarşılıqlı anlaşma nəticəsində sülhməramlılar vaxtından əvvəl bölgəni tərk etməyə başlayıblar”. Türk general qeyd edib ki, proses Azərbaycanın ağıllı və uzaqgörən siyasəti nəticəsində reallaşıb:“10 noyabr sazişi imzalananda hər kəs rusların bir ömür Azərbaycanda qalacağını, heç vaxt bölgəni tərk etməyəcəyini deyirdi. Ancaq bu gün Azərbaycan Qafqazın regional gücüdür. Sülhməramlıların gedişi onu göstərir ki, Azərbaycan böyük rəsimləri də oxumağı bacarır. Bu, xalq-lider-dövlət birliyinin nəticəsidir. Rusların geri qayıdışı vaxtilə Qəbələdəki rus hərbi bazasının qapadılması qədər tarixi bir hadisədir”.Ekspert Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin gələcək taleyindən də danışıb. O, qeyd edib ki, Rusiya 3-4 ay idi ki, monitorinq mərkəzini növbəli şəkildə boşaltmağa başlamışdı. Y. Karauz əlavə edib ki, sülhməramlılardan sonra türk hərbçiləri də monitorinq mərkəzindən ayrılıb, Türkiyəyə geri dönəcəklər.


“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11232
Helikopter qəzası ilə bağlı yeni xəbər
7332
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5761
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5334
Rəisi öldü, Pakistanda matəm elan edildi
5101
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3963
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3773
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3668
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3205
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2781
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546