AZ

Rusiya hərbi mənbələri sülhməramlıların mərhələli şəkildə çıxarıldığını təsdiq ediblər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya sülhməramlıları Qarabağdan çıxır. Bakı və Moskva bu haqda rəsmi açıqlama verməsə də, yayılan görüntülər prosesin başlandığını göstərir. Ermənistan mediası da məlumatı Rusiya hərbi mənbələrindən dəqiqləşdirib. Hərbi mənbələr sülhməramlıların mərhələli şəkildə çıxarıldığını təsdiq ediblər.

2023-cü ilin 20 sentyabrında Qarabağda separatizminin ləğvi və ermənilərin Ermənistana qayıtmasından sonra sülhməramlıların missiyası de-fakto bitmişdi. Lakin rəsmi Bakı Rusiya ilə münasibətlərə görə bu məsələdə israr etmədi, prosesin 10 noyabr razılaşmasına uyğun irəliləməsindən yana oldu. Bu razılaşmaya görə, sülhməramlılar 2025-ci ildə Qarabağdan çıxmalı idilər, hərçənd, prosesin vaxtından əvvəl başlamasının mümkün səbəbləri ola bilər:

- Moskvada anlayırlar ki, sülhməramlıların Qarabağda işi bitib, bir il daha qalmaq özləri üçün də əlavə yükdür;

- Ukrayna müharibəsi fonunda hərbi qüvvə çatışmazlığı yaşayan Rusiyanın bu qoşunlara ehtiyacı ola bilər;

Nəticə etibarilə, rus qoşunlarının Azərbaycan ərazisində qalması təhlükəsi də aradan qalxdı. Və bunu 44 günlük müharibədən sonra Azərbaycanın daha bir qələbəsi hesab etmək olar.

Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi ictimai narazılıq yaratmışdı, lakin burada rəsmi Bakının çoxtərəfli siyasi planı var idi. Bu haqda hələ 10 noyabr razılaşmasından sonra yazmışdıq.

- Bakının rus qoşunlarının Qarabağa gəlişinə razılıq verməsi, münaqişənin bitməsi, qələbənin rəsmiləşdirilməsi gedişi idi, əks təqdirdə, müharibə bitsə belə münaqişə bitməyəcəkdi;

- Bakı Rusiyadan Qarabağ məsələsində digər maraqlı tərəflərin – ABŞ və Fransanın müdaxiləsinin qarşısını almaq üçün istifadə etdi;

- Türkiyəni bölgəyə gətirməklə Rusiya qarşısında qalxan yaratdı: Ağdamdakı monitorinq mərkəzi heç bir iş görməsə belə, mövcud olması Rusiya qarşısında Azərbaycanın əlini gücləndirən faktor idi;

Rusiya qoşunlarının bölgədə saxlamaq üçün çox çalışdı, lakin Bakı hər bir cəhdə qarşı öz həmləsini edirdi. Hazırki nəticə riskli görünən bu planın uğurla həyata keçirildiyini təsdiq edir.

Asif Nərimanlı

visiontv.az



Seçilən
180
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
130
BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
126
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
113
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
112
Azərbaycanda bu məhsul bahalaşdı
102
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
89
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
87
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
86
Həlak olan şəxslər sabah dəfn olunacaq
86
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
82
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
77
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
76
Helikopter qəzası ilə bağlı yeni xəbər
72
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
64
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
63
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
56
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
56
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
56
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
49
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
48