AZ

Noyer ÇL-in tarixinə düşdü: Bu rekord artıq ona məxsusdur

"Bayern" Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, Münhen klubunun qapıçısı Manuel Noyerin qol buraxmadığı bu oyun turnirdə sayca 58-ci quru matç olub. O, "Real"ın keçmiş qolkiperi İker Kasilyasın nailiyyətini (57) üstələyərək Çempionlar Liqasında yeni rekorda imza atıb.

Noyer turnirdə keçirdiyi oyunların sayına görə (qapıçılar arasında) Kasilyasdan geri qalır. Onun aktivində 138 oyun var. İspaniyalı isə ÇL-də 177 matçda meydana çıxıb.

Seçilən
184
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq