AZ

ÇL: Qnabri “Arsenal”la matçda iştirak etməyəcək

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının futbolçuları Manuel Noyer və Leroy Sanenin “Arsenal” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında iştirak edə biləcəyini bildirib.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Noyer və Sanenin oynaya biləcəyini söyləyib:



“Manuel Noyer və Leroy Sane oynaya bilər. Serj Qnabriyə gəlincə, biz bir az daha gözləməli olacağıq”.



Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern” – “Arsenal” cavab matçı bu gün Almaniyanın Münhen şəhərində keçiriləcək. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Serj Qnabri

Seçilən
179
45
Mənbələr
Şərh ()
Bağla