AZ

ÇL: “Real” və “Bayern” yarımfinalda!

Bu gün Çempionlar Liqasında 1/4 finala yekun vurulub.



Komanda.az xəbər verir ki, son matç günündə 2 qarşılaşma keçirilib. 



“Mançester Siti” “Real”ı qəbul edib. Bu komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatmışdı. Cavab görüşünün də əsas və əlavə vaxtı heç-heçə bitib. Qalib isə penaltilər seriyasnda müəyyənləşib. Rəqibinə qalib gələn “Real” yarımfinala yüksəlib.



“Arsenal” isə “Bayern”in qonağı olub. Sözügedən komandalar da birinci oyunda 2:2 hesablı heç-heçə etmişdilər. Doğma meydanda minimal hesabla qalib gələn “Bayern” yarımfinala çıxıb.



Beləliklə, yarımfinalda PSJ “Borussiya” (Dortmund) ilə, “Real” isə “Bayern”lə qarşılaşacaq.



Çempionlar Liqası1/4 finalın cavab oyunları17 aprel



“Bayern” (Almaniya) – “Arsenal” (İngiltərə) 1:0Qol: Kimmix, 63.Baş hakim: Danni Makkeli (Niderland).Münhen. “Alyans Arena”.İlk oyun – 2:2.



“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 1:1 (penaltilər 3:4)Qollar: De Bröyne, 76 – Rodriqo, 12.Baş hakim: Daniel Orsato (İtaliya).Mançester. “Etihad” stadionu.İlk oyun – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərUEFA Çempionlar Liqası

Seçilən
192
45
Mənbələr
Şərh ()
Bağla