AZ

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin I Liqada çıxış edən “İmişli” komandası ilə bağlı qərarını dəyişdirib.

 

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirilib.

 

Adıçəkilən klubun apellyasiya şikayəti qismən təmin olunub.

 

Belə ki, XX turda “Mingəçevir”lə keçirilən görüşün 80-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan “İmişli”nin futbolçusu Gilyerme Silvaya İntizam Komitəsi tərəfindən verilən iki oyunluq cəza bir matça endirilib. Digər bir oyunluq sanksiya şərti olaraq tətbiq edilib.


Futbolçuya üç ay sınaq müddəti verilib. 150 manatlıq cərimə isə qüvvədə saxlanılıb.

 

Maraqlı tərəflərin bu qərardan İsveçrənin Lozanna şəhərindəki İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüquqları var.

 

Qeyd edək ki, “Mingəçevir” - “İmişli” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tarix: 17 Aprel 2024, 18:06   
Seçilən
95
7
Mənbələr
Şərh ()
Bağla