AZ

AFFA Kamal Mirzəyev və Atlam Egeni bağışlamadı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Apellyasiya Arbitraj Tribunalı AFFA-nın danışılmış oyunlara görə cəzalandırdığı Atlam Ege və Kamal Mirzəyev haqqında qərarlarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Oyunçuların AFFA İntizam Məcəlləsinin (2023/2024 mövsümü üçün təsdiq edilmiş) 107-ci maddəsi ilə nəzərdə tutulan (danışılmış oyunlar) intizam pozuntusunun törədilməsi və buna görə müfaviq sanksiyasının tətbiq edilməsi barədə AFFA İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarlarından verilmiş müvafiq appelyasiya şikayətlərinə dair 9 aprel 2024-cü il tarixli qərarında bunlar qeyd olunub:

  1. Şikayətçi Atlam Egenin etibarnamə üzrə nümayəndəsi Elcan Həsənlinin apellyasiya şikayəti təmin edilməsin.
  2. Birinci Liqada mübarizə aparan “İrəvan”da çıxış edən Atlam Ege Adnan oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA İntizam Məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

  1. Şikayətçi Kamal Mirzəyevin etibarnamə üzrə nümayəndəsi Elcan Həsənlinin apellyasiya şikayəti təmin edilməsin.
  2. Birinci Liqada mübarizə aparan “İrəvan”da çıxış edən Mirzəyev Kamal Nəsrullah oğlunun danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə və bununla da AFFA İntizam Məcəlləsinin 107.4-cü maddəsi ilə nəzərdə tutulan intizam pozuntusunu törətdiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi, həmin Məcəllənin 32-ci maddəsinə əsasən sınaq müddətinin 1 il təyin edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

“Araz-Naxçıvan”ın da şikayəti qəbul edilmədi

Apellyasiya Arbitraj Tribunalı Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın da şikayətini qəbul etməyib. Naxçıvan klubunun 4 oyunluq cəza almış futbolçusu Vüsal Şabanovla bağlı açıqlanmış rəsmi qərarda bunlar qeyd olunub:

Oyunçunun AFFA İntizam Məcəlləsinin (2023/2024 mövsümü üçün təsdiq edilmiş) 43-cü maddəsi ilə nəzərdə tutulan (təhqiredici və ya ləyaqətsiz ifadələrin işlədilməsi) intizam pozuntusunun törədilməsi və buna görə müvafiq sanksiyanın tətbiq edilməsi barədə AFFA İntizam Komitəsinin 12 mart tarixli qərarından verilmiş müvafiq appelyasiya şikayətinə dair Tribunalın 9 aprel 2024-cü il tarixli qərarı:

  1. Araz-Naxçıcan Peşəkar Futbol Klubu tərəfindən AFFA İntizam Komitəsinin 12 mart 2024-cü il tarixli qərarının “oyun sanksiyasına” münasibətdə verilən apellyasiya şikayəti təmin edilməsin.
  2. 10.03.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 26-cı turun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun 78-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün onun 4 oyun cəzalanması (AFFA İntizam Məcəlləsinin 43.3-cü maddəsinə əsasən) barədə AFFA İntizam Komitəsinin 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
  3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
  4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
Seçilən
137
11
Mənbələr
Şərh ()
Bağla