AZ

300 bal toplayan Masallı şagirdləri - FOTO

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Sfera.az xəbər verir ki, imtahandan 300 bal toplayaraq ən yüksək nəticəni göstərənlər arasında Masallı rayonundan iki şagird də var.

 

Onlar Masallı rayon Şərəfə kənd tam orta məktəbinin şagirdi Rzayeva Ceyran Anar qızı və Masallı şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Əsədullayev Amin Arif oğludur.

 

Qeyd edək ki, imtahan iştirakçıları arasında ölkə üzrə 39 nəfər 300 bal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla