AZ

Naxçıvanda 4 şagird 300 bal topladı - FOTO

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

 

Modern.az xəbər verir ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Bunlar Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Nağıyeva Leyla Arif qızı, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü liseyin şagirdi Əbilov Ziya Namiq oğlu, Culfa rayon 3 nömrəli tam orta məktəbin şagirdi İsmayıllı Kənan Mehman oğludur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
27
Mənbələr
Şərh ()
Bağla