AZ

Qərb bölgəsinin yüksək bal toplayan şagirdləri harada oxumaq istəyirlər? - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini bu gün açıqlayıb. İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Həmin şagirdlərdən 3-ü Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən ümumi təhsil müəssisələrində oxuyurlar.

 

300 bal toplayan Yusifova Səbinə Vüqar qızı Qazax rayon Dəmirçilər kənd tam orta məktəbinin şagirdidir. O, Modern.az-a açıqlamasında bildirib ki, Bakı Dövlət Universitetində oxumaq istəyir:

 

"İmtahandan çıxanda özümdən əmin idim, 300 bal toplayacağımı gözləyirdim. İkinci mərhələdə də maksimum bal toplamaq üçün əlimdən gələni edəcəm. Təhsilimi Bakı Dövlət Universitetinin Hüquq fakültəsində (ingilis dilində) davam etdirmək istəyirəm".

 

Tovuz rayon M.Ələkbərov adına tam orta məktəbin şagirdi Məhərrəmzadə İlahə Rəşad qızı isə imtahana son dərəcə əzmlə çalışdığını deyib:

 

"Hazırda çox səylə və eyni əzmlə ikinci blok imtahanına da hazırlaşıram. Ümid edirəm ki, oradan 400 bal toplayaraq maksimum nəticə əldə edəcəm. Təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıda davam etdirmək istəyirəm".

 

İlahə hüquq təhsilini gələcəkdə xaricdə davam etdirmək istədiyini də qeyd edib. O əlavə edib ki, Qarabağ Universitetində hüquq fakültəsi açılsa, məmnuniyyətlə orada oxumaq istəyər.

 

1339243

Qeyd edək ki, regionda 300 bal toplayan üçüncü şagird İsgəndərli Həcər Emil qızıdır. O, Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbin şagirdidir.

 

Xəyalə Bayramqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
27
Mənbələr
Şərh ()
Bağla