- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı cavab zərbəsinə hazırlaşdığını əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.
“Zərbədən bir neçə gün əvvəl bizə xəbərdarlıq etmişdilər”, - o qeyd edib.
J.Borrell Aİ-nin zərbənin hazırlanması ilə bağlı xəbərin haradan alındığına aydınlıq gətirməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.