AZ

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini “yararaq” bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar ilə birlikdə C-130 nəqliyyat təyyarəsi zədələnib.

Daha dörd ballistik raket isə Negev aviabazasını vurub, lakin ciddi ziyan barədə məlumat verilməyib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran pilotsuz uçuş aparatları və raketlərlə İsrailə kütləvi hücuma keçib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
214
48
Mənbələr
Şərh ()
Bağla