AZ

KİV: İran İsrailin iki hava bazasını vurub

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb.

Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar ilə birlikdə C-130 nəqliyyat təyyarəsi zədələnib.

Daha dörd ballistik raket isə Negev aviabazasını vurub, lakin ciddi ziyan barədə məlumat verilməyib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran pilotsuz uçuş aparatları və raketlərlə İsrailə kütləvi hücuma keçib./Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
48
Mənbələr
Şərh ()
Bağla