AZ

COP29-un baş qərargahında ilk mətbuat konfransı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı COP29-un baş qərargahında aprelin 15-də ilk mətbuat konfransı təşkil olunub.
Konfransa hazırlıq işlərindən da­nışan Muxtar Babayev bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi al­tında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlə­dən, iqlim dəyişikliyi probleminin həl­linə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürdüyünü deyən M.Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və evsahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin güc­ləndirilməsi istiqamətində davamlı fəa­liyyət nümayiş etdirəcək.
M.Babayev yaşıl keçidin Azərbay­canın milli prioritetləri sırasında oldu­ğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etmə­sini nəzərdə tutan Qlobal Metan Öhdə­liyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gü­cündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib. Azərbaycan baza ili – 1990-cıillə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azal­dılmasını hədəfləyir.
Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləş­diyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səh­ralaşma kimi problemləri vurğulayıb.
Tədbirdə COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqların gün­dəliyinə toxunulub. COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildi­rib ki, Azərbaycan COP29-a evsahibli­yi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. 
COP29-un baş icraçı direktoru Elnur Soltanov bu tədbirin yaşıl enerjiyə keçi­din sürətləndirilməsi üçün geniş müza­kirə və fəaliyyət platforması olacağını qeyd edərək, Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yara­nacağına əmin olduğunu bildirib. E.Sol­tanov qeyd edib ki, Azərbaycanın rolu sadəcə evsahibliyi mandatı ilə məhdud­laşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. 
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, Azərbaycan bu günədək müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etsə də, iştirakçı sayına və miqyasına görə COP29 ən böyük tədbirdir. O bildirib ki, COP29-un keçiriləcəyi məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. 
COP29-un İqlim üzrə Yüksək Sə­viyyəli Çempionu Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakın­dan bəhs edərək, onların mühüm qə­rarların müzakirəsi və qəbuluna cəlb edilməsinin vacibliyini vurğulayıb. 
COP29-un İqlim üzrə gənclər çem­pionu Leyla Həsənova isə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon­vensiyasının Tərəflər Konfransında önəmli yer aldığını, bu sahədə mövcud təcrübələrin və qlobal layihələrin əhə­miyyətini vurğulayıb. 
Mətbuat konfransında COP29-un loqosu ictimaiyyətə təqdim olunub. Loqo iqlim çağırışlarının yüksəldiyi döv­rdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəa­liyyətin əhəmiyyətini əks etdirir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar ətraflı cavablan­dırılıb.
XQ

Seçilən
76
25
Mənbələr
Şərh ()
Bağla