AZ

"COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş fəaliyyət platforması olacaq"

"COP29 "yaşıl" enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq".

Redaktor.az-ın məlumatına görə, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əminik. Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında bütün dünyanın diqqət mərkəzi Bakıda olacaq. Reallıq odur ki, iqlim dəyişiklikləri problemlərinin həlli üçün ayrılan vəsait ehtiyacları ödəmək üçün yetərli deyil. Bütün dövlətlərin, danışıqlar qruplarının mövqeləri öyrənilir”,- o deyib.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Seçilən
102
25
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25937
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25298
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18102
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
14488
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14132
Sabah 20 dərəcə isti olacaq
9379
May ayında Azərbaycana qar yağdı - VİDEO
8677
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8408
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8343
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7119
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7073
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6765
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6353
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6316
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6308
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6081
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5928
Azərbaycan nefti ucuzlaşıb
5803
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5681