AZ

Kuleba: "NATO "Patriot" sistemini Ukraynaya heç icarəyə də vermir"

"Yüz ədəd "Patriot" batareyası tapdıq, lakin heç kim bu sistemi bizə hətta icarəyə də vermir".

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Brüsseldə NATO görüşləri ilə bağlı günün yekununda bəyan edib.

"Mən sizin NATO günü ilə bağlı axşam əhvalınızı korladığım üçün üzr istəyirəm, lakin dünyanın ən güclü alyansı Ukrayna üçün 7 "Patriot" sistemini belə tapa bilmir"- o, Ukrayna xalqına müraciətində bildirib.

Seçilən
196
29
Mənbələr
Şərh ()
Bağla