AZ

Zelenski: Ukrayna səmasını Rusiyanın raket hücumlarından qorumaq üçün 25 “Patriot” sistemi almalıdır

Zelenski:

Kiyev, 7 aprel, AZƏRTAC

Ukrayna səmasını Rusiyanın raket hücumlarından qorumaq üçün 25 “Patriot” sistemi almalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski yerli KİV-ə müsahibəsində bildirib.

"Mən sizə nə qədər “Patriot” sistemlərimiz olduğunu deməyəcəyəm, lakin deyə bilərəm ki, Ukraynanın gələcəkdə səmasını bağlamaq üçün 25 “Patriot” sisteminə ehtiyacı var. Bütün tərəfdaşlarımız onsuz da bunu və hətta müvafiq sistemlərin harada yerləşməsi lazım olduğunu yaxşı bilir”, - deyə Zelenski bildirib.

Zelenski, həmçinin qeyd edib ki, “Patriot”un analoqları Ukrayna üçün uyğun olardı. Onların kifayət qədər az olmasına baxmayaraq, işləyirlər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
213
29
Mənbələr
Şərh ()
Bağla