AZ

Ukrayna-NATO Şurasının toplantısında əsas mesaj NƏ OLACAQ?

Brüsseldə Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında əsas mesaj Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi olacaq.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

 

"Biz bilirik ki, təkcə mart ayında Ukraynaya 90-dan çox ballistik raket atılıb. Təəssüf ki, bizdə kifayət qədər hava hücumundan müdafiə sistemləri yoxdur. Ona görə də bu gün biz bu məsələni müzakirə edəcəyik", - deyə o bildirib.

 

Nazir əlavə edib ki, indi Ukraynanın həyatını, şəhərlərini, Ukraynanı xilas etmək çox vacibdir və bütün bunlar müxtəlif hava hücumundan müdafiə sistemlərindən asılıdır, xüsusən bu, "Patriot"a aiddir, çünki onlar ən güclüdür.

Seçilən
182
50
Mənbələr
Şərh ()
Bağla