AZ

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.
Müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd edilməyə başlayan Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 30 gün davam edir.
Hafta.az xəbər verir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi: “...Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.
Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.

Seçilən
177
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4230
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3767
Bu yol qovşağında təmir işləri aparılacaq
3305
Bakıda hoteldə yanğın başlayıb
2835
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1944
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1782
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1597
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1564
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1390
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1364
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1278
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1256
Azərbaycan nefti ucuzlaşıb
1196
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1048
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1040
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1033
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1009
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
974
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
914