AZ

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur

Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.

Seçilən
173
5
Mənbələr
Şərh ()
Bağla