AZ

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Aprelin 10-11-də Azərbaycanda Ramazan bayramı qeyd olunur. Müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd edilməyə başlayan Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 30 gün davam edir. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda hər il olduğu kimi, bu il də Ramazan bayramı yüksək əhvali-ruhiyyə ilə qeyd edilir. Xalqımız taleyinin ən çətin dönəmlərində də öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi: “...Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir. Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır”.Xatırladaq ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan bayramı aprelin 10-na təsadüf edir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.Bu gün Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının ruhlarına dualar oxunacaq.Mətləb

Seçilən
168
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17118
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16742
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16002
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14195
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13169
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9995
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8616
"Zaur, yenə çaşdın..." - VİDEO
8120
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6734
Minimum əmək haqqı nə qədər arta bilər?
6301
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5810
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5736
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5550
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
5051
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4780
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4479
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4461
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3417