AZ

40 ildən sonra gələn uğur

“Atletik” İspaniya Kral kubokunun finalında “Malyorka”nı məğlub edib.

İdmanxeber.az məlumat verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.

Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Atletik” 4:2 hesabı ilə qalib gəlib.

“Atletik” tarixində 24-cü dəfə Kral kubokunu qazanıb. Komanda sonuncu dəfə bu mükafatı 40 il əvvəl – 1983/84 mövsümündə qazanmışdı. Komanda kubokda titul sayına görə yalnız “Barselona”dan (31) geri qalır.

Seçilən
182
3
Mənbələr
Şərh ()
Bağla