"Atletik Bilbao" Kral Kubokunun finalında "Malyorka"nı məğlub edib."Report" xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Vurulan qollar: Oyan Sanset (50) - Daniel Rodriqes (21). Penaltilər seriyasında "Atletik" 4:2 hesabı ilə qalib gəlib.