"Atletik Bilbao" Ispaniya Kral Kubokunun finalında "Malyorka"nı məğlub edərək 40 ildən sonra kuboku yenidən qazanıb.
"Lent.az" xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb.
Vurulan qollar: Oyan Sanset (50) - Daniel Rodriqes (21). Penaltilər seriyasında "Atletik" 4:2 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, komanda sonuncu dəfə mükafatı 1983/84 mövsümündə əldə edib.