AZ

Rusiya Donetskdə yaşayış məntəqəsini ələ keçirdi

Moskvanın verdiyi açıqlamada Ukrayna müdafiəsinin dərinliklərinə doğru irəliləyişin davam etdiyi bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Ukrayna ərazisində daha bir məntəqəyə nəzarəti ələ keçirib.

Donetsk vilayətinin sərhədləri daxilində yerləşən Vodyanoye qəsəbəsinə nəzarət ələ keçirilib.

Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Məlumatda qeyd olunub ki, Ukraynanın Rusiya ərazisindəki neft, qaz və enerji obyektlərinə zərər vurmaq cəhdinə martın 31-dən aprelin 5-dək cavab verilib.

Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna, o cümlədən hərbi və sənaye müəssisələrinin obyektlərinə, hava hücumundan müdafiə sistemlərinə, yanacaq anbarlarına, Ukrayna qoşunlarının müvəqqəti yerləşdirilmə məntəqələrinə və xarici muzdlulara havadan və qurudan 39 qrup hücumu həyata keçirib. 

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
297
50
azxeber.com

10Mənbələr