AZ

Rusiya “Şahed” PUA-ları ilə Xarkovu vurdu, ölənlər var

Rusiya "Şahed" pilotsuz uçuş aparatları ilə Ukraynanın Xarkov şəhərinə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində dörd nəfər həlak olub, on nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun sözlərinə görə, xəsarət alanlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Həlak olanlardan 3-ü xilasedicidir.

Xarkov şəhər meri İqor Terexovun verdiyi məlumata görə, kamikadze dronlarının hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
253
38
milli.az

10Mənbələr