AZ

Rusiya Ukraynanın bu qəsəbəsini TUTDU

Rusiya ordusunun Birinci Ordu Korpusunun 9-cu motoatıcı briqadasının əsgərləri Avdeevka yaxınlığındakı Vodianoye kəndini tutublar. Vətəninfo.az xəbər verir ki, bu barədə “Əməliyyat Z. Военкоры Русской Весны” teleqram kanalı məlumat yayıb.

“Rusiya ordusu Vodianoye qəsəbəsini azad edib. 31 mart 2024-cü il tarixində 1-ci Ordu Korpusunun 9-cu motoatıcı briqadası düşməni mövqelərindən sıxışdırıb çıxararaq kəndi tamamilə ələ keçirib”, – məlumatda deyilir.

Fevralın 16-da rus qoşunları 2014-cü ildən bəri döyüşlər gedən Avdeevkanı tutublar.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna silahlıları Donetsk və yaxınlıqdakı yaşayış məntəqələrini məhz oradan atəşə tutublar.
WP qəzetinin o zaman yazdığı kimi, şəhərin azad edilməsi Rusiyanın döyüş meydanındakı ən mühüm qələbəsi idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
261
50
veteninfo.az

10Mənbələr