AZ

Qayda pozan “Prius” sürücüsü“Opel və “Range Rover”i qəzaya saldı - VİDEO

Binəqədi rayonu Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza martın 30-u axşam saatlarında 300 saylı tam orta məktəbin qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-VU-899 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil, 90-TY-899 dövlət nömrə nişanlı “Opel” markalı maşınla toqquşub. Neytralda olan nəqliyyat vasitəsi isə öz növbəsində öndəki “Range Rover” markalı avtomobilə dəyib. İddialara əsasən, qəzaya səbəb “Prius” sürücüsünün düzgün ara məsafəsi təyin etməməsi olub. 
Nəticədə hər üç nəqliyyat vasitəsinə mafdi ziyan dəyib. Yolda sıxlıq yaranıb.

Nərmin

Seçilən
168
41
Mənbələr
Şərh ()
Bağla