AZ

Bakıda “Porşe”nin nömrəsi oğurlandı - ANBAAN VİDEO

Nərimanovda “Porşe”nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi “Porşe” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb. Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

Seçilən
109
41
Mənbələr
Şərh ()
Bağla