AZ

“Mercedes”lə toqquşmaqdan son andaqurtulan moto sürücü qəzəbləndi- VİDEO


Paytaxtın Azadlıq prospektində qayda pozan sürücü son anda qəzadan yayınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 10-PB-556 dövlət nömrə nişanlı “Mercedes Viano” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Güzgüyə baxmadan hərəkət edən sürücü anidən sol zolağa keçib. Bu zaman həmin zolaqdakı motosikletə qəza riski yaradıb. Xoşbəxtlikdən moto sürücü təhlükəni vaxtında görüb və nəqliyyat vasitəsinin hərəkətini saxlayıb. Daha sonra o, sürücüyə əsəbiləşib və əliylə işarə edərək dönmə işığını yandırmasını bildirib. Lakin “Mercedes” sürücüsü ona əhəmiyyət vermədən yoluna davam edib.

Nərmin

Seçilən
158
41
Mənbələr
Şərh ()
Bağla