AZ

Taciklər KÜTLƏVİ şəkildə Rusiyadan çıxırlar

Moskvadakı terrordan sonra Rusiyada əmək miqrantı kimi çalışan taciklər kütləvi şəkildə öz vətənlərinə qayıdırlar.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə TASS-a Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nodiri məlumat verib.

 

“Çoxlu zənglər olur. Bunlar çox güman ki, sıxışdırılma ilə bağlı şikayətlərdən çox, vətəndaşlarımızın qorxusuyla bağlıdır. Onlar arasında böyük təşviş var, çoxları ayrılmaq istəyir. Biz indi vəziyyəti izləyirik, hazırda Rusiyadan qayıdanlar gedənlərdən çoxdur”, - Nodiri bildirib.

 

Nazir müavini əlavə edib ki, “gündəlik səviyyədə” Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə mesajları daxil olub.

 

Nazirlik Rusiyadan axının müvəqqəti hadisə olduğunu və dayanacağını gözləyir, həmçinin insanları internetdə etnik ədavət salmaq məqsədi daşıyan təxribat xarakterli mesajlara uymamağa çağırır.

 

Qeyd edək ki, Tacikistandan başqa ölkələrə işləməyə gedən miqrantların əksəriyyəti Rusiyanı seçir. Respublika Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiyaya gedib. Taciklər həm də böyük ödəniş müqabilində həvəslə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynada döyüşməyə gedirlər.

Seçilən
128
5
Mənbələr
Şərh ()
Bağla