AZ

Rusiyadan taciklərin kütləvi axını başladı

“Krokus Siti Holl”da baş vermiş terror aktından sonra Rusiyadan taciklərin kütləvi axını qeydə alınır.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin müavini Şahnoza Nadiri məlumat verib.

"Çoxlu zənglər var. Bunlar çox güman ki, təqiblərlə bağlı şikayətlər deyil, vətəndaşlarımızda qorxu, panika var, çoxları Rusiyanı tərk etmək istəyir. İndi vəziyyəti izləyirik", - nazir müavini deyib.

Nazir müavini əlavə edib ki, gün ərzində Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə-qorxu mesajları da daxil olub.

Qeyd edək ki, Tacikistandan başqa ölkələrə işləməyə gedən miqrantların əksəriyyəti Rusiyanı seçir. Ölkənin Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiyaya gedib.


Telegram kanalımız
Seçilən
152
2
Mənbələr
Şərh ()
Bağla