AZ

Tacik miqrantlar Rusiyanı kütləvi şəkildə tərk edir

Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi Moskva vilayətindəki “Krokus Siti Holl”da baş vermiş terror aktından sonra Rusiyadan əmək miqrantlarının axınını qeydə alıb

Azpost.info bildirir ki, bu barədə TASS-a əmək nazirinin müavini Şahnoza Nodiri məlumat verib.

Onun sözlərinnə görə, nazirliyin Rusiyadakı nümayəndəliyinə çoxlu zənglər daxil olur: “Çoxlu zənglər olur. Bunlar çox güman ki, sıxışdırılma ilə bağlı şikayətlər deyil, daha çox panika və qorxudandır. Çoxları qayıtmaq istəyir. Biz indi vəziyyəti izləyirik, gedənlərdən daha çox insan Tacikistana gəlir”, – agentliyin həmsöhbəti bildirib.

Nazirlik bu axının müvəqqəti hadisə olduğunu və dayanacağını bildirir. Rəsmilər insanları internetdə etnik ədavət salmaq məqsədi daşıyan təxribat xarakterli mesajlara uymamağa çağırır.

Nazir müavini əlavə edib ki, “məişət səviyyəsində Tacikistan vətəndaşlarına qarşı təzyiqlər də qeydə alınır, terror aktından sonra Əmək Nazirliyinin Rusiyadakı nümayəndəliyinə hədə mesajları daxil olub.

Taciksitanın Əmək Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min əmək miqrantından 627 mindən çoxu Rusiyaya gedib.

Seçilən
188
7
Mənbələr
Şərh ()
Bağla