AZ

Azərbaycan cəmiyyəti Ermənistanın işğalındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanır - SORĞU

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistanın işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib.

Mərkəzdən APA-ya verilən xəbərə görə, respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.

Sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti - 95.8%-i Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3.6%-i inanmadığını bildirib. 0.6%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Seçilən
114
24
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16874
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16432
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15813
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13938
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12861
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9885
"Zaur, yenə çaşdın..." - VİDEO
8032
Çingiz Mustafayevin toyudur - FOTOLAR
7279
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6452
Minimum əmək haqqı nə qədər arta bilər?
6203
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5590
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5390
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4664
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4376
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4337
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3457
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3332
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3328
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3107