Qadın futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində rəqibləri müəyyənləşib. Manset.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yığmamız B Liqasının 1-ci qrupuna düşüb.Baş məşqçi Siyasət Əsgərovun yetirmələri İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparacaq.
Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.