AZ

Azərbaycan millisi Türkiyə ilə eyni qrupda

Qadın futbolçular arasında AVRO-2025-in seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də bəlli olub.

B liqasında yer alan Siyasət Əsgərovun çalışdırdığı yığmamız 1-ci qrupda mübarizə aparacaq. Komandamızın rəqibləri İsveçrə, Macarıstan və Türkiyə olacaq.

Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək. Pley-off matçları oktyabr-noyabrda baş tutacaq.

Qeyd edək ki, AVRO-2025-in final mərhələsi gələn il iyulun 2-27-də İsveçrədə təşkil olunacaq.

Seçilən
74
10
Mənbələr
Şərh ()
Bağla