AZ

Millimizin AVRO-2025-dəki RƏQİBLƏRİ

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yığmamız B Liqasının 1-ci qrupuna düşüb.

Baş məşqçi Siyasət Əsgərovun yetirmələri İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparacaq.

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.

Bizim.Media
 

Seçilən
69
4
Mənbələr
Şərh ()
Bağla