AZ

Sərtan Taşkın yenə “qırmızı” aldı, “Manisa” xal itirdi

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 24-cü turu çərçivəsində baş tutan “Gənclərbirliyi” ilə oyunun iştirakçısı olub.

“Manisa” doğma meydanda baş tutan bu oyundan xal itkisi ilə ayrılıb – 1:1.

Taşkın bu oyuna start heyətdə başlayıb. Millimizin üzvü 76-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə sarı vərəqə almış Sərtan, 76-cı dəqiqədə ikinci sarı vərəqə aldıqdan sonra komandasını azlıqda qoyub.

87-ci dəqiqədə “Manisa”nın digər üzvü Sandro Lima da birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 53-cü dəqiqədən məğlub durumda olan “Gənclərbirliyi” rəqibin azlıqda qalmasından maksimum istifadə edərək 90+7-ci dəqiqədə hesaba tarazlıq gətirib.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 6 matça çıxıb, 2 sarı, 2 qırmızı vərəqə alıb. Sərtan 20-ci turda “Ərzurumspor”la ev oyununda da birbaşa qırmızı vərəqə ilə komandasını azlıqda qoymuşdu.

24 turdan sonra “Manisa” 28 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
3
Mənbələr
Şərh ()
Bağla