AZ

Sərtan Taşkın “Göztəpə”yə qarşı 90 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkın Türkiyənin “Manisa” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 23-cü turu çərçivəsində baş tutan “Göztəpə” ilə oyunun iştirakçısı olub.

“Manisa” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Taşkın bu oyuna start heyətdə başlayıb. Millimizin üzvü sonadək mübarizə aparıb və komandasının ən yaxşılarından biri olub.

Xatırladaq ki, Sərtan Taşkın “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 5 matça çıxıb.

23 turdan sonra “Manisa” 27 xalla 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
3
Mənbələr
Şərh ()
Bağla