AZ

Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan BUNU istədi

Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-nin qarşılıqlı münasibətinə ümid edir.

Bu barədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan öz sədrliyilə baş tutan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamalarında bildirib.

“Qoy ABŞ-dəki həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.//Oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
464
50
musavat.com

10Mənbələr