AZ

Ərdoğan İsveçin NATO-ya qəbulunun əvəzində...

Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun F-16 qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın  qarşılıqlı münasibətinə ümid edir.

 

“Anadolu” bildirir ki,  bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamasında deyib.

 

“Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda ataq”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
462
50
senzor.az

10Mənbələr