AZ

Ərdoğan İsveçin NATO-ya qəbuluna cavab olaraq ABŞ-dan “F-16”lar istəyib

Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir. “Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb. “Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan əlavə edib. Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
462
50
bizimyol.info

10Mənbələr