Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub.
Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.