AZ

Cəlilabadda motosikletçi yol qəzasında xəsarət aldı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
9
konkret.az

10Mənbələr