AZ

Minik maşını motosikletlə toqquşdu

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan Y. Mustafayev rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
11
teleqraf.com

10Mənbələr