Rusiya Suriyada silahlıların bazasına zərbələr endirdi
Rusiya aviasiyası Əl-Tanf zonasını tərk edərək Suriyanın Əl-Bişri dağ silsiləsi ərazilərində gizlənən silahlı qruplaşmaların dörd bazasına zərbələr endirib.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya ordusunun Suriyadakı nümayəndəsi Oleq İqnasyuk məlumat verib. “Suriya silahlı qüvvələrinin komandanlığı Deyr əz-Zor əyalətinin dağlıq səhra ərazilərində kəşfiyyat və axtarış əməliyyatlarını davam etdirir”, - İqnasyuk bildirib.